TADİV-DƏN İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ

Mətbuat bəyanatı

Birləşmiş Millətlər Təşkilatında keçirilən toplantı zamanı Azərbaycan nümayəndəsinin zalda qalması əsas gətirilərək sosial mediada Azərbaycana qarşı aparılan haqsız və ölçüsüz kampaniyanı narahatlıqla izləyirik.

Azərbaycanın geniş tərkibli nümayəndə heyətindən bir nəfərin zalda qalmasına görə bütöv bir ölkəni hədəfə almaq, məsələni kontekstdən çıxararaq qardaş Azərbaycana qarayaxmağa çalışmaq ədalət prinsipləri və dostluq münasibətlərinin mənəvi məsuliyyəti ilə bir araya sığmır.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər gündəlik müzakirələrin və sosial media kampaniyalarının fövqündə dayanaraq ortaq tarixə, qarşılıqlı etimada və “bir millət, iki dövlət” anlayışına əsaslanır. Bu qardaşlığa xələl gətirməyə yönəlmiş fikirlər qarşısında sağlam düşüncə, ədalət və məsuliyyətlə davranmaq hər birimizin borcudur.

TADİV olaraq ictimaiyyəti təsdiqini tapmamış şərhlərə və ümumiləşdirici ittihamlara etibar etməməyə, Azərbaycana qarşı haqsız hücumlar qarşısında qardaşlıq bağlarına və ədalət prinsiplərinə sadiq qalmağa çağırırıq.

Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV)

Xəbərlərə qayıt

Əlaqəli xəbərlər

Mətbuat bəyanatıTR

TADİV Basın Açıklaması

TADİV Yönetim Kurulu Resmî Basın Açıklamasıdır Son dönemlerde Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV’in) ismini kullanarak, kendilerinin TADİV yönetimini temsil…