Prof. Dr. Aygün Attar: Bugün Türkiye ile Azerbaycan arasındaki ilişkiler en üst düzeydedir.

News

This item has not yet been published in English; it is shown in its original language.

This article was carried over from the foundation’s previous website.

Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülməyimdən qürur duyuram. Bunu dünya azərbaycanlılarına göstərilmiş diqqət və qayğının daha bir təzahürü olaraq görürəm. Həmişə hesab etmişəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman şəhid və qazilərimizin qanı hesabına qazanılan Qarabağ Zəfəri hər birimizin həyatına nəsib olan ən ali mükafatdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar deyib.

Otuz ildən çoxdur ki, Türkiyədə yaşadığını və orada Azərbaycanın tarixi və mədəniyyətinin təbliği istiqamətində yorulmadan fəaliyyət göstərdiyini söyləyən Aygün Attar elmi işləri, məqalələri, siyasi platformadakı çıxışları ilə hər zaman Vətəninə sonsuz bağlı olduğunu bildirib: “Demək olar ki, bütün fəaliyyətim Türkiyə və Azərbaycan münasibətlərinin inkişafına xidmət edir. Amma hər zaman bütün bu çalışmaların mərkəzində nüvə olaraq Qarabağ həqiqəti yer alıb. Mənin üçün Qarabağ Azərbaycandır həqiqətinin dünyanın elmi ictimaiyyətinə çatdırılması hər zaman mühüm məsələsi olub. Şükürlər olsun ki, çəkilən zəhmət hədər getmədi və torpaqlarımız düşmən tapdağından azad olundu və bizlər Şuşada Zəfər Qurultayında iştirak etdik. Orada Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı bütün diaspor fəalları üçün əsl yol xəritəsi oldu. Orada keçirdiyimiz görüşlər, dinlədiyimiz çıxışlar bizim məsuliyyətimizi daha da artırdı. İnanıram ki, bizlər bundan sonra da Azərbaycanı dünyada daha yaxşı təmsil edəcəyik”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan professor Aygün Attar qardaşlıq ideologiyasının Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən çox uğurlu bir şəkildə davam etdirildiyini bildirib: “Bu gün söyləyə bilərəm ki, Türkiyə ilə Azərbaycan arasında münasibətləri ən yüksək səviyyədədir”.

Müəllifi olduğu “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabı haqqında danışan Aygün Attar vurğulayıb ki, hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu əsər, münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə rəşadətli Ordumuzun müharibədə qazandığı tarixi Qələbənin təfərrüatlarını xronoloji ardıcıllıqla əks etdirir.

Back to news

Related news

NewsTR

TADİV Başkanı Prof. Dr. Aygün Attar’dan Prof. Dr. Kürşad Zorlu’ya ziyaret

Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV) Başkanı Prof. Dr. Aygün Attar, AK Parti Genel Başkan Yardımcısı ve Türk Devletleri ile İlişkiler Başkanı Prof. Dr. Kürşad Zorlu’yu ziyaret etti. Görüşmede Türkiye–Azerbaycan ilişkilerinin yanı sıra Türk dünyasında kurumsal iş birliğinin geliştirilmesi, ortak projeler ve sivil toplumun bu süreçte üstlenebileceği rol ele alındı.

NewsTR

27 Eylül Anma Günü

Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV) olarak, 27 Eylül Anma Günü vesilesiyle Azerbaycan’ın bağımsızlığı, egemenliği ve toprak bütünlüğü uğruna canlarını feda eden bütün şehitlerimizi rahmet, minnet ve saygıyla anıyoruz.